Onlayn ictimai-siyasi qəzet
Özgü Kaya Ege Kökenlinin YouTube kanalında qonaq olub. Aktrisa Murat Dalkılıçla münasibəti barədə səmimi açıqlamalar verərək onların evdəki həyatından və bir-birlərinə göstərdikləri dəstəkdən danışıb.
Kaya bildirib ki, Murat Dalkılıç evdə daim nəsə yazıb-pozur və musiqi ilə məşğul olur. İki sənətçinin bir yerdə yaşadığı evi belə təsvir edib: “Əslində bizim ev iki sənətçinin deyil, iki dəlinin olduğu ev kimidir. Biz çox gözəl dəliyik.”
Kaya özü ilə Dalkılıçın bir çox məsələdə bir-birindən fərqli olduğunu, lakin bu fərqliliklərin münasibətlərini tamamladığını deyib:
“Biz bir-birimizin tam əksiyik, amma məncə, mükəmməl bir birləşimik.”
O, hətta çox insanın olduğu mühitlərdə belə Dalkılıçın onun nə düşündüyünü baxışlarından anlaya bildiyini söyləyib.
Birlikdə mahnı hazırlayıb-hazırlamayacaqları soruşulan Kaya isə hazırda belə bir planlarının olmadığını deyib. O, aktyorluq karyerasına fokuslandığını, keçmişdə albom təklifləri aldığını, lakin aktyorluq sahəsində davam etməyi seçdiyini bildirib.
Kaya Dalkılıçın ən çox sevdiyi xüsusiyyətinin şənliyi olduğunu söyləyib. Onun sözlərinə görə, Murat böhranlı vəziyyətlərdə belə hadisələrə gülərək reaksiya verir:
“Muratın başına bir böhran gəlir. O böhran sənin, mənim başıma gəlsə, sistemlərimiz çökər, huşumuzu itirərik. Murat isə bunu o qədər gülməli bir qəhqəhə ilə qarşılayır.”
Kaya həmçinin Dalkılıçın ən çox əsəbiləşdiyi xüsusiyyətinin onun uzun-uzadı danışması olduğunu zarafatla qeyd edib.
Proqramın sonrakı hissəsində münasibətlərinin müddətindən də danışılıb. Kaya təxminən bir il yarımdır birlikdə olduqlarını və zamanın necə keçdiyini anlamadığını bildirib.//Demokrat.az
25 Avqust 2026
01:06 Qonşu ölkədə məktəbli forması məcburiləşir – tam dəstin qiyməti bəlli oldu, imtina edənləri...
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ