Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan at əti və ondan hazırlanan məhsullar üçün dünyada ilk beynəlxalq standartın yaradılması təşəbbüsü ilə çıxış edib.
Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, yeni beynəlxalq standartın əsasını Qazaxıstanda at əti məhsulları üçün mövcud olan dövlət standartı – QOST təşkil edə bilər.
Sənəd ənənəvi qazax məhsulları olan kazı, şujık və jal, eləcə də at ətindən hazırlanan hisə verilmiş və kolbasa məhsullarını əhatə edəcək.
Təşəbbüs qəbul olunarsa, at əti və ondan hazırlanan məhsullar üçün dünyada ilk beynəlxalq standartın yaradılması istiqamətində mühüm addım atılmış olacaq.
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ