Onlayn ictimai-siyasi qəzet
Korrupsiyaya görə beş il həbs cəzasına məhkum edilmiş Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili ailəsinin təhlükəsizliyinə görə hakim “Gürcü arzusu” partiyasının qurucusu Bidzina İvanişvilini günahlandırıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, məhbusun sözlərinə görə, həm özünü, həm də ailəsini ölümlə hədələyən məktub alıb.
2025-ci ildə Qaribaşvili qanunsuz varlanma və xüsusilə böyük miqyasda çirkli pulların yuyulması ittihamı üzrə günahını boynuna alıb və istintaqla əməkdaşlıq edib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, 2019-cu ildən 2024-cü ilə qədər dövlət qulluğunda olarkən gizli şəkildə sahibkarlıq fəaliyyəti ilə (xüsusən də şərab sənayesində) məşğul olub və gəlirlərini bəyan etməyib. 2026-cı ilin yanvar ayının əvvəlində Qaribaşvili beş il həbs cəzasına məhkum edilib. Bundan əlavə, ondan 6,5 milyon dollar müsadirə edilib.
İndi Qaribaşvili iddia edir ki, baş nazirin müavini Mamuka Mdinaradze ona məktub yazıb və İvanişvilinin komandasının keçmiş baş nazirin siyasətdən tamamilə getdiyinə inanmadığını bildirib. Mdinaradze bildirib ki, onun siyasətə qayıtma ehtimalı 1% təşkil edir və bunun qarşısını almaq üçün hakimiyyət ona qarşı başqa bir cinayət işi açacaq.
Qaribaşvili İvanişvili ilə həmişə yaxşı münasibətdə olduğunu və onun ən qədim və ən sadiq müttəfiqlərindən biri olduğunu bildirir. Bu səbəbdən, o, keçən il qalmaqal yaratmadan, sakitcə siyasətdən getmək və məhkəmənin hökmünü səssizcə qəbul etmək qərarına gəlib. Lakin yeni şəraitdə o, keçmiş dostlarının qırmızı xətti keçdiyinə inanır. "Başqa seçimim olmadığı üçün mübarizəyə başlamağa məcburam", - Qaribaşvili bəyan edib.
Musavat.com
23 Avqust 2026
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ