İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovdan Telegramla bağlı şok açıqlama: "Çox təəssüf edirik, amma..."

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, "Telegram" rəhbərliyinin ölkə qanunvericiliyinə tabe olmaqdan imtina etməsinə görə dərin təəssüf hissi keçirdiyini bildirib.

Musavat.com xəbər verir ki, Peskovun sözlərinə görə, həm bu messencerin, həm də Rusiyada girişi bloklanan digər xidmətlərin hakimiyyətin tələblərinə əməl etməsi daha yaxşı olardı.

"Qanun hamı üçün qanundur!"

Peskov TASS-a verdiyi müsahibədə xəbərdarlıq dolu bu ifadələri işlədib:

"Mən "Roskomnadzor"un bəyanatlarını oxuyuram. Şirkətin Rusiya qanunvericiliyinin tələblərini yerinə yetirməməsi səbəbindən 'Telegram'ın fəaliyyətinin yavaşladılması barədə qərar qəbul edilib. Şirkətin buna əməl etməməsi çox üzücüdür, lakin icrası mütləq olan bir qanun var."

Ekspertlər hesab edir ki, bu açıqlama yaxın günlərdə "Telegram"ın Rusiyadakı taleyi ilə bağlı daha kəskin addımların atılacağından xəbər verir. Milyonlarla istifadəçisi olan platformanın tamamilə bloklanıb-bloklanmayacağı isə hələ də sual altındadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR