Onlayn ictimai-siyasi qəzet
Sankt-Peterburqun Kolpino rayonundakı İzhora sənaye zonasında güclü yanğın başlayıb.
Musavat.com Rusiya Fövqəladə Hallar Xidmətinin məlumatlarına istinadən xəbər verir ki, 22 min kv.metrdə başlayan yanğının sahəsi sürətlə genişlənərək 82 min kv.metrə çatıb.
Yanğın ərəfəsində bölgədə drona və ya raket təhlükəsi elan olunmayıb. Yanğının başvermə səbəbləri açıqlanmır.
Rəsmi mənbələr yanğının anbar kompleksində başladığını elan edib, lakin bəzi sosial şəbəkələrdə böyük müəssisələrdən birində olduğuna dair məlumatlar yayılır.
Zonada Rusiya ağır sənayesinin ən böyük mərkəzlərindən biri hesab olunur. Orada metallurgiya, metal emalı və ağır maşınqayırma zavodları, eləcə də enerji və nüvə sənayesi ilə əlaqəli sənaye müəssisələri var.
Musavat.com
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ