İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian Müctəba Xamenei ilə GÖRÜŞDÜ - Kritik qərarlar qəbul olundu

İran prezidenti Məsud Pezeşkian ölkədə prezidentlik müddətinin üçüncü ilinin başlanması ilə əlaqədar İranın ali rəhbəri Müctəba Xamenei ilə görüşüb.

Görüşdə ölkənin iqtisadi vəziyyəti, xüsusilə əhalinin gündəlik tələbatının təmin edilməsi və zəruri məhsulların tədarükü məsələləri diqqət mərkəzində olub.

Musavat.com xəbər verir ki, bu barədə İran ali rəhbərinin rəsmi “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, tərəflər ölkədəki mövcud durumu və qarşıdakı dövrün perspektivlərini nəzərdən keçiriblər. Danışıqlar zamanı hərbi sahə, maliyyələşmə mənbələrinin müəyyənləşdirilməsi, milli və xarici valyuta ilə bağlı məsələlər, eləcə də enerji sektorunda xərclərin idarə olunması barədə geniş fikir mübadiləsi aparılıb.

Bundan əlavə, rəsmi Tehranın xarici tərəfdaşlarla iqtisadi əməkdaşlığının genişləndirilməsi məsələsinə də xüsusi diqqət yetirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR