İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkiandan nüvə silahı ilə bağlı AÇIQLAMA

İranın nüvə silahı inkişaf etdirmək niyyəti yoxdur və bu baxımdan istənilən monitorinq tədbirlərini qəbul etməyə hazırdır.

Musavat.com xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə xalqa müraciətində deyib.

Pezeşkian bildirib ki, İran nüvə silahı yaratmaq niyyətində deyil və bu mövqe dəfələrlə bəyan olunub:

“Biz dünya və öz xalqımız qarşısında dürüstük. Nüvə silahı yaratmağa çalışmırıq və istənilən yoxlamaya hazırıq. Lakin ABŞ və Avropanın ritorikası nəticəsində yaranmış yüksək etimadsızlıq mühiti danışıqların nəticə verməsinə mane olur. İran həddindən artıq tələblərə boyun əyməyəcək, ədalətsizliyə və təcavüzə qarşı duracaq. Regionda sülh və sabitlik naminə qonşu ölkələrlə dialoqu davam etdiririk”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR