İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkiandan son dəqiqə açıqlaması: Sərt və peşmanedici cavabla qarşılaşacaqlar

İran prezidenti Məsud Pezeşkian ölkəsinin təhlükəsizliyinə yönələn hər hansı ədalətsiz addımın cavabsız qalmayacağını bəyan edib.

Musavat.com xəbər verir ki, dövlət başçısı vurğulayıb: İrana qarşı istənilən haqsız müdaxilə sərt və sonradan peşmanlıq doğuracaq cavabla qarşılanacaq.

Pezeşkianın sözlərinə görə, Tehran milli maraqlarını və suverenliyini qorumaqda qətiyyətlidir və bu məsələdə heç bir tərəddüd göstərməyəcək. O qeyd edib ki, İran regionda sabitliyin tərəfdarıdır, lakin təzyiq və təhdid dili ilə danışanlara adekvat reaksiya verməyə hazırdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR