Onlayn ictimai-siyasi qəzet
Kanadada enişə hazırlaşan sərnişin təyyarəsi son saniyələrdə böyük faciədən qurtulub.
Musavat.com TRT Haber-ə istinadən xəbər verir ki, Kanadaya məxsus sərnişin təyyarəsi enişə cəmi bir neçə saniyə qalmış qəfil baş verən təhlükəli külək sürüşməsi (wind shear) hadisəsinə məruz qalıb.
Məlumata görə, küləyin sürəti və istiqaməti bir anda kəskin dəyişib. Son dərəcə çətin hava şəraitində pilotlar soyuqqanlı davranaraq təyyarəyə nəzarəti bərpa edib və onu təhlükəsiz şəkildə yerə endirməyə nail olublar.
Qeyd olunur ki, külək sürüşməsi aviasiyada xüsusilə qalxma və eniş zamanı ən təhlükəli hava hadisələrindən biri hesab olunur və ciddi qəzalara səbəb ola bilər.
Musavat.com
17 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ