İnsanlara hürriyət, millətlərə istiqlal!

Polad Bülbüloğlu: "Elçinin yoxluğu bizim üçün böyük itkidir" - VİDEO

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatının ildönümü münasibətilə Fəxri xiyabanda keçirilən anım mərasimində iştirak edib.

Musavat.com xəbər verir ki, Polad Bülbüloğlu mərasim çərçivəsində yazıçının ailə üzvləri ilə görüşüb, Xalq yazıçısının məzarı üzərinə gül dəstəsi qoyaraq onun əziz xatirəsini yad edib.

Daha sonra media nümayəndələrinin suallarını cavablandıran Bülbüloğlu Elçin Əfəndiyevlə bağlı xatirələrini bölüşüb. Əfəndiyevin Azərbaycan ədəbiyyatında özünəməxsus və mühüm yer tutduğunu vurğulayıb, onun zəngin yaradıcılığını və şəxsiyyətini yüksək qiymətləndirib.

Polad Bülbüloğlu bildirib ki, Xalq yazıçısının vəfatı Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün böyük itkidir. O, Elçin Əfəndiyevin zəngin ədəbi irsinin gələcək nəsillərə ötürüləcəyini və daim yaşayacağını qeyd edib.

Anım mərasimində iştirak edən ədəbiyyat və mədəniyyət xadimləri də Xalq yazıçısının məzarı önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.

Könül
Video müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR