İnsanlara hürriyət, millətlərə istiqlal!

“Politico”: Putin üçün fürsət pəncərəsi açılıb – Avropa TƏLAŞDA

Avropada təhlükəsizliklə bağlı narahatlıqlar kəskin şəkildə artır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Politico” nəşrində jurnalistlər Kamil Gijs və Ari Hokins tərəfindən dərc olunan təhlildə Avropa ölkələrinin Vladimir Putinin hazırkı vəziyyəti “fürsət pəncərəsi” kimi qiymətləndirə biləcəyindən ehtiyat etdiyi vurğulanır.

Məqalədə qeyd olunur ki, qarşıdakı 1–2 il ərzində Kreml NATO-nun möhkəmliyini sınağa çəkməyə cəhd edə bilər. Bu narahatlıq xüsusilə Ukraynadakı müharibə, ABŞ-da siyasi qeyri-müəyyənlik və Avropa Birliyi daxilində müdafiə sistemlərinin hələ tam gücləndirilməməsi ilə izah olunur.

“Nəsə çox tez baş verə bilər. Rusiyanın həqiqətən belə bir fürsət pəncərəsi var”, - deyə Avropa Parlamentinin üzvü Mika Aaltola vurğulayıb.

a - politico_3.png

Ekspertlərin fikrincə, Moskva birbaşa hücumdan daha çox “hibrid” taktikalara üstünlük verə bilər. Bu çərçivədə kiberhücumlar, dron əməliyyatları və ya Baltik dənizi və Arktika bölgəsində məhdud insidentlər mümkün sayılır. Əsas məsələ isə NATO-nun kollektiv müdafiə mexanizmi – 5-ci maddənin necə işləyəcəyi ilə bağlıdır. Belə ssenarilərdə hücumun açıq şəkildə tanınıb-tanınmayacağı sual altında qala bilər.

Litvanın sabiq xarici işlər naziri Gabrielius Landsbergis Rusiya münaqişəni genişləndirməyə çalışa biləcəyi barədə xəbərdarlıq edib. Onu fikrincə, Moskva, sadəcə, birbaşa NATO-nun güclü dövlətləri ilə toqquşmadan qaçacaq.

Məqalədə ABŞ faktoruna da xüsusi diqqət yetirilir. Prezidenti Donald Trampın siyasəti və Vaşinqtonun NATO-dakı rolunun qeyri-müəyyənliyi Avropada əlavə narahatlıq yaradır. Bəzi ölkələr artıq ABŞ hərbi kontingentinin Avropadan azaldılması qərarlarını da bu kontekstdə qiymətləndirir. Xüsusilə Almaniyadan qoşunların çıxarılması Avropada “təhlükəsizlik çətiri”nin zəifləməsi kimi qəbul olunur.

Bununla belə, bütün ekspertlər eyni mövqedə deyil. Estoniya prezidenti Alar Karisə görə, Rusiya hazırda Ukraynada kifayət qədər yükləndiyi üçün ikinci cəbhə açmaq imkanları məhduddur. Buna baxmayaraq, ümumi fikir ondan ibarətdir ki, risklər tam istisna edilə bilməz. Avropa rəsmiləri bildirir ki, ehtiyatlı olmaq və müdafiə hazırlığını gücləndirmək zəruridir.

“Politico” yekun olaraq əlavə edir ki, Avropa daxilində fikir ayrılıqları olsa da, bir məqamda hamı razıdır: təhlükə ehtimalı realdır və diqqətdən kənarda qalmamalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR