Onlayn ictimai-siyasi qəzet
Polşa Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin Ukraynanın gələcək bölünməsi ilə bağlı dediklərinə münasibət bildirərək, respublikanın Kiyevə qarşı ərazi iddiası olmadığını bildirib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Maçey Vevyur X-də bildirib.
XİN sözçüsü deyib: "Polşanın Ukraynaya qarşı ərazi iddiası olmayıb, yoxdur və olmayacaq".
Vevyur qeyd edib ki, Polşanın bu məsələ ilə bağlı mövqeyi dəyişməz olaraq qalır, çünki hökumət "Ukraynanın qanuni olaraq müəyyən edilmiş, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini tam tanıyır, hörmət edir və dəstəkləyir".
Putin daha əvvəl Ukraynanın gec-tez qərb torpaqlarını itirəcəyini bildirmişdi. Prezident vurğulayıb ki, Rusiya Ukraynanın ərazi bütövlüyünün yeganə qarantıdır, lakin Kiyev Moskvanı düşmən elan etmək qərarına gəlib.
Musavat.com
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ