İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokurorluq HƏRƏKƏTƏ KEÇDİ: Saakaşvili və bir neçə müxalifət lideri HƏDƏFDƏ

Gürcüstan baş Prokurorluğu keçmiş prezident Mixeil Saakaşvili və bir neçə müxalifət liderinə qarşı sabotaj və hökuməti devirmək çağırışları ilə bağlı cinayət işi açıb.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Giorgi Qvarakidze brifinqdə bildirib.

Onun sözlərinə görə, Saakaşvili, Giorgi Vaşadze, Nika Qvaramiya, Nikanor Melia, Zurab Qirçi Caparidze, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Caparidze dövlətə qarşı cinayətlərdə ittiham olunurlar.

"Onlara qarşı sabotaj, xarici dövlətə düşmənçilik fəaliyyətində kömək, konstitusiya quruluşuna və milli təhlükəsizliyin əsaslarına qarşı fəaliyyətin maliyyələşdirilməsi və konstitusiya quruluşunun və ya dövlət hakimiyyətinin zorla devrilməsinə çağırışlarla bağlı cinayət işi açılıb", - deyə Qvarakidze qeyd edib.

Musavat.comGürcüstanda Saakaşvili və daha 7 müxalifət liderinə cinayət işi açılıb

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR