İnsanlara hürriyət, millətlərə istiqlal!

"Putin Kiyevi 9 mayın qisasını almaq üçün vurdu"–ABŞ institutu gizli məqamı açdı

Rusiyanın mayın 24-də Kiyevə qırıcı və raketlərlə endirdiyi kütləvi zərbələr Moskvada 9 May Qələbə Günü paradının sönük keçməsindən doğan rüsvayçılığı ört-basdır etmək məqsədi daşıyıb.

Musavat.com xəbər verir ki, bu iddia ilə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri çıxış ediblər. İnstitutun hesabatında qeyd olunur ki, Rusiyanın hücumları nəticəsində Kiyevdəki hökumət binalarına və mədəniyyət obyektlərinə, o cümlədən Ukrayna Xarici İşlər Nazirliyi, Nazirlər Kabineti və Milli İncəsənət Muzeyinin binalarına ciddi ziyan dəyib, Çernobıl Muzeyi və Lukyanovski bazarı isə tamamilə dağıdılıb.

Analitiklər xatırladır ki, Kreml daha əvvəl Ukrayna qüvvələrinin Rusiyadakı 9 May tədbirlərinə zərbə endirəcəyi təqdirdə Kiyevdəki "qərar qəbulu mərkəzləri"ni, o cümlədən "Oreşnik" raketləri ilə vuracağını bəyan etmişdi, halbuki Ukrayna belə bir addım atmamışdı.

Ekspertlərin fikrincə, Kremlin paraddan öncə "Oreşnik"lə hədə qorxu gəlməsi Rusiyanın öz hava məkanını Ukraynanın dərin zərbələrindən qoruya bilməməsi acizliyini və zəifliyini gizlətmək xarakteri daşıyırdı. ISW vurğulayır ki, Kiyevə endirilən bu son zərbə Rusiya Prezidenti Vladimir Putinin paraddan sonra üzləşdiyi kəskin tənqidləri və uğursuzluq imicini silmək, eləcə də dünyaya güc nümayiş etdirmək cəhdidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR