İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən azərbaycanlı Səyyad Əliyevlə bağlı SƏRƏNCAM - FOTOLAR

Leninqrad vilayətinin Hökumət Evində Rusiya Federasiyasının dövlət mükafatları və regional mükafatların təqdimetmə mərasimi baş tutub.

Musavat.com xəbər verir ki, tədbir 27 fevral 2026-cı il tarixində təşkil edilib.

Rusiya prezidenti Vladimir Putinin 6 fevral 2026-cı il tarixli 59 nömrəli "Rusiya Federasiyasının Dövlət Mükafatlarının Təltif Edilməsi haqqında" sərəncamına əsasən, Leninqrad Vilayət Qanunvericilik Məclisinin sədr müavini Səyyad Əliyev fəal qanunvericilik fəaliyyəti və uzunmüddətli vicdanlı xidmətinə görə 2-ci dərəcəli "Vətənə Xidmətə görə" ordeni ilə təltif olunub.

Qeyd olunur ki, Səyyad Əliyev Rusiya regional parlamentinin vitse-spikeri vəzifəsində çalışan Azərbaycan əsilli deputatdır. Mərasim hökumət rəsmilərinin və ictimaiyyətin iştirakı ilə təntənəli şəraitdə keçirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR