İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin neftinə Qara dəniz zərbəsi – Türkiyə alışı dayandırdı, bu ölkələrə üz tutur

Türkiyə Rusiyanın Qara dəniz limanlarından neft idxalını kəskin azaldıb.

Musavat.com xəbər verir ki, avqustda Rusiyanın əsas ixrac nefti olan Urals markasının Türkiyəyə tədarükü hələlik planlaşdırılmayıb.

Bu barədə Reuters treyderlərə və LSEG-in gəmi daşımaları məlumatlarına istinadən məlumat yayıb.

Buna səbəb Ukrayna pilotsuz uçuş aparatlarının Rusiyanın Qara dənizdəki neft infrastrukturu və limanlarına hücumlarından sonra ixracda yaranan fasilələrdir. Xüsusilə Novorossiysk limanındakı qeyri-sabitlik tədarüklərə ciddi təsir göstərib.

Məlumata görə, Türkiyə iyulda Rusiya limanlarından təxminən 900 min ton neft alıb. İyun ayında bu göstərici 1,2 milyon ton idi. Qara dəniz limanlarından Türkiyəyə daşınan neft isə 600 min tondan 300 min tondan bir qədər çox səviyyəyə düşüb.

Avqustda Rusiyanın Qara dəniz limanlarından Türkiyəyə tədarükün təxminən 200 min tonadək azalacağı gözlənilir. Hazırda nəzərdə tutulan iki tanker Qazaxıstanın KEBCO neftini daşıyacaq. Reuters-in məlumatına görə, avqust üçün Türkiyəyə nə Urals, nə də CPC Blend yükləmələri hələlik planlaşdırılıb. Bununla belə, daşınma planlarının sonradan dəyişə biləcəyi qeyd olunur.

Yaranmış vəziyyət fonunda Türkiyə alternativ mənbələrə üz tutur. Treyderlərin bildirdiyinə görə, türk idxalçıları Braziliya və Qayanadan neft tədarükünü artırırlar.

Bu arada, avqustun 14-də Novorossiyskdə Rusiyanın əsas Qara dəniz neft ixrac obyektlərindən olan Şesxaris terminalında da dron hücumundan sonra xam neftin yüklənməsi dayandırılıb. Terminalın gündəlik təxminən 700 min barel neft ötürmə gücü var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR