İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalibafdan ABŞ-yə ittiham: “Atəşkəs uzadılması hücum üçün vaxt qazanmaqdır”

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-nin atəşkəs müddətini uzatmaq qərarını sərt tənqid edib.

Musavat.com xəbər verir ki, Qalibafın sözlərinə görə, bu addım əslində sülh təşəbbüsü deyil, mümkün qəfil hərbi əməliyyat üçün vaxt qazanmaq cəhdidir.

O bildirib ki, Vaşinqtonun belə addımları danışıqlar prosesinə etimadı sarsıdır və regionda gərginliyi daha da artırır. İran rəsmisi vurğulayıb ki, Tehran heç bir təzyiq və ya hədə altında aparılan danışıqları qəbul etməyəcək.

Qalibaf əlavə edib ki, İran tərəfi son həftələrdə müxtəlif ssenarilərə hazırlaşıb və istənilən inkişaf variantına qarşı cavab vermək üçün kifayət qədər imkanlara malikdir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR