İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın transfer siyahısında yer alan hücumçu ilə ilkin razılıq əldə olundu

"Loryen" "Qarabağ"ın ötən yaydan maraqlandığı futbolçusu Sambu Sumano ilə bağlı qərar verib.

Liqa 1 təmsilçisi 24 yaşlı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsini uzatmaq niyyətindədir.

"Loryen"in rəhbərliyi ilə seneqallı oyunçu arasında ilkin razılıq əldə olunub.

"Qarabağ" ötən yay Sambu Sumanonu 2,5+0,5 milyon avro qarşılığında heyətinə qatmağa yaxın idi. Ağdam təmsilçisi futbolçunun özü ilə 3+1 illik müqaviləni razılaşdırmışdı.

Sumano cari mövsüm ərzində meydana çıxdığı 14 oyunda 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub. (Sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR