İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” “Nyukasl” matçı - TAM VİDEO

İlk yayın vaxtı 21:34

“Qarabağ” “Nyukasl”a böyük hesabla uduzdu – taleyüklü cavab oyunu İngiltərədə olacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Qarabağ FK ilk oyununu keçirib.

Musavat.com xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərənin "Newcastle United" komandası ilə qarşılaşmada 1:6 hesabı ilə məğlub olub.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan matçda qonaq komandanın qollarını Entoni Qordon (3, 32-p., 34, 45+1-p.), Malik Tşau (9) və Ceykob Merfi (72) vurublar. Ağdam təmsilçisinin yeganə qoluna isə 55-ci dəqiqədə Elvin Cəfərquliyev imza atıb.

Cavab qarşılaşması fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə keçiriləcək.

 

Musavat.com

 

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Qarabağ FK ilə Newcastle United arasında keçirilən qarşılaşmada ikinci hissə start götürüb.

Musavat.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyunda ilk 45 dəqiqədən sonra qonaqlar 5:0 hesabı ilə öndədir.

Görüş davam edir. 

*** 

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la İngiltərənin “Nyukasl” komandası arasında keçirilən qarşılaşma start götürüb.

Musavat.com xəbər verir ki, oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir. Tribunaları dolduran azarkeşlər komandalara güclü dəstək verir.

Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir. Matçın taleyi iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək.

***

Bir neçə dəqiqə sonra UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan çempionu “Qarabağ” növbəti sınağına çıxacaq.

Musavat.com xəbər verir ki, Ağdam təmsilçisi İngiltərənin “Nyukasl” klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Görüş saat 21:45-də start götürəcək. Azarkeşlərin böyük maraq göstərdiyi oyunda tribunaların tam dolacağı gözlənilir.

Qeyd edək ki, bu qarşılaşma pley-off mərhələsinin ilk matçı olduğundan, cavab oyunu öncəsi üstünlük qazanmaq hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR