Onlayn ictimai-siyasi qəzet
Pakistanın paytaxtı İslamabadda yerləşən Pakistan Tibb Elmləri İnstitutunun ginekologiya şöbəsində dəhşətli yanğın baş verib. Hadisə nəticəsində ilkin məlumatlara görə, azı 14 yenidoğulmuş körpə həlak olub.
Bu barədə Pakistanın "Geo News" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, faciəyə doğum şöbəsinin daxilində kondisioner kompressorunun qəfil partlaması səbəb olub. Güclü alov qısa müddət ərzində ərazini bürüyüb və nəticədə ağır itki qeydə alınıb.
Hadisə yerinə dərhal xilasetmə qrupları və yanğınsöndürənlər cəlb olunub. Hazırda təcili yardım və xilasetmə briqadaları alovun tam söndürülməsi, həmçinin digər körpələrin və xəstəxana personalının təhlükəsiz zonalara təxliyə edilməsi istiqamətində intensiv işlər aparırlar./nocomment.az/
27 Avqust 2026
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ