Onlayn ictimai-siyasi qəzet
Avqustun 2-si dənizdə batan Ruslan Rafiq oğlu Həmidovun meyiti tapılıb.
Musavat.com xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
“Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, - məlumatda deyilir.
Xatırladaq ki, 2 gün əvvəl ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfər - 2 qardaş və bacı batıb. 2009-cu il təvəllüdlü Aysel Rafiq qızı Həmidova xilas olunub, 2014-cü il təvəllüdlü Əli Rafiq oğlu Həmidovun meyiti isə sahildə aşkar edilib.
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ