İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda qırıcı QƏZAYA UĞRADI

Qazaxıstanın Karaqanda vilayətində planlı təlim-məşq uçuşları zamanı "Su-30SM" tipli qırıcı təyyarə qəzaya uğrayıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin açıqlamasına görə, ekipaj üzvləri vaxtında katapult edərək sağ qalıblar. Pilotlar hazırda həkim nəzarətindədir.

Hadisənin səbəblərinin və başvermə şəraitinin araşdırılması üçün Qazaxıstan Müdafiə Nazirliyi tərəfindən xüsusi komissiya yaradılıb. Komissiyaya Uçuş Təhlükəsizliyi Departamentinin rəhbəri başçılıq edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR