Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası yaxın 30 gün ərzində Qəzza sektorunda atəşkəs rejiminə nəzarəti ciddi şəkildə gücləndirməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, məlumatı "Axios" yayıb. Mənbələr bildirir ki, Vaşinqtonun məqsədi sülh planının birinci mərhələsində nəzərdə tutulan əsas şərtlərin icrasına tam nəzarət etməkdir.
ABŞ rəsmilərindən biri portala açıqlamasında deyib:
“Qarşıdakı 30 gün həlledici olacaq. Artıq Qəzzada baş verənlərin icrasına görə biz cavabdehik. Qərarları biz verəcəyik".
Məlumata əsasən, Ağ Ev beynəlxalq tərəfdaşlarla koordinasiyanı gücləndirəcək, atəşkəsin pozulması halında isə sürətli reaksiya mexanizmləri işə salınacaq.
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ