İnsanlara hürriyət, millətlərə istiqlal!

Qiymətlər kəskin endi: turistlərə 70% endirim təklif olunur

Yay mövsümü ərəfəsində Maldiv adalarında fəaliyyət göstərən hotellər rusiyalı turistlər üçün böyük endirim kampaniyalarına başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyası məlumat yayıb. Bildirilir ki, bəzi Maldiv hotelləri Avropadan gələn turist axınının azalması fonunda qiymətləri 70 faizə qədər endirib.

Məlumata görə, “Aeroflot” da yay mövsümündə Male istiqamətində uçuş proqramını genişləndirib. Şirkət iyunun 17-dən avqustun 29-dək Moskva–Male reyslərinin sayını həftədə 9-a çatdıracaq.

Hazırda iyun ayının ortaları üçün baqaj daxil olmaqla gediş-dönüş biletlərinin qiyməti 121 min rubldan başlayır.

Ekspertlər qeyd edir ki, may və iyun aylarında Maldivlərdə cənub-qərb mussonları səbəbindən qısamüddətli yağışlar müşahidə olunur və bu dövrdə turizmə maraq ənənəvi olaraq azalır. Bu il isə Yaxın Şərqdəki gərgin geosiyasi vəziyyət də turizm axınına əlavə təsir göstərib.

Bunun nəticəsində hotellərdə orta endirimlərin 20-40 faiz arasında dəyişdiyi bildirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR