İnsanlara hürriyət, millətlərə istiqlal!

QMİ-dən Həcc ziyarətinə hazırlaşanlara XƏBƏRDARLIQ

"2026-cı il üzrə Həcc mövsümü üçün sənəd qəbulunun müddəti uzadılıb".

Musavat.com bildirir ki, bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

QMİ-dən həcc ziyarətinə hazırlaşanlara XƏBƏRDARLIQ

"Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq, builki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti tərəfimizdən mart ayının 7-dək uzadılıb.

Vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmasınlar, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq", - deyə o bildirib.

Xatırladaq ki, QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR