Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Premyer Liqasının 10-cu turunda “Qarabağ” – “İmişli” oyunu meydandakı gərgin epizodla diqqət çəkib.
Musavat.com xəbər verir ki, Ağdam təmsilçisi 2:0 hesabı ilə qalib gəldiyi matçda son dəqiqələrdə gözlənilməz hadisə yaşanıb. Komandanın braziliyalı futbolçusu Kadi Borges əvəzlənərkən meydanı ləng tərk etdiyi üçün hakim tərəfindən sarı vərəqə alıb.
Bu epizod baş məşqçi Qurban Qurbanovun narazılığına səbəb olub. Təcrübəli mütəxəssis oyunçusuna sərt şəkildə irad bildirib və onun davranışına emosional reaksiya verib.
Qarabağ oyunu qələbə ilə başa vursa da, bu hadisə qarşılaşmanın son dəqiqələrinə əlavə gərginlik gətirib.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ