İnsanlara hürriyət, millətlərə istiqlal!

Rejissor Rob Reynerin oğlu valideynlərini öldürmədiyini deyir

ABŞ-nin Kaliforniya ştatından 32 yaşlı Nik Reyner valideynləri, rejissor Rob Reyner və aktrisa Mişel Sinqer-Reynerin qətlində ittiham olunaraq məhkəmə qarşısına çıxıb.

Musvat.com xarici mediaya istinadla xəbər verir ki, məhkəmə prosesi Los-Ancelesdə keçirilir. Təqsirləndirilən şəxs şərti azadlığa buraxılmadan və ya ölüm hökmü olmadan ömürlük həbs cəzası ilə üzləşib.

Xatırladaq ki, 14 dekabr 2025-ci ildə hüquq-mühafizə orqanları cütlüyün cəsədlərini dəbdəbəli Brentvud məhəlləsindəki evlərinin yataq otağında aşkar edib. 78 yaşlı Rob Reyner və 70 yaşlı həyat yoldaşı Mişel çoxsaylı bıçaq yaralarından ölüblər.

Mediada yayılan məlumatlara görə, Nik narkotik asılılığından müalicə alırmış. Faciədən əvvəl onunla atası arasında fikir ayrılıqları yaranıb, lakin münaqişənin miqyası hələ də müzakirə mövzusudur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR