İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldu Ağ Evə GEDİR - Trampla GÖRÜŞƏCƏK

Beşqat “Qızıl top”un sahibi portuqaliyalı futbolçu Kriştiano Ronaldu noyabrın 18-də Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşəcək.

Musavat.com xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri yazıb.

Mənbənin sözlərinə görə, Ronaldu daha əvvəl ABŞ-ın 47-ci prezidenti ilə görüşmək istəyib.

Qeyd edək ki, hücumçu ABŞ vətəndaşı Ketrin Mayorqanın onu Las-Veqasda zorlamada ittiham etdiyi 2017-ci ildən bəri ölkəyə getməyib.

Lakin 2019-cu ildə yerli prokurorlar ittihamları əsassız hesab ediblər və 2023-cü ildə Ronaldu həmin ilin oktyabrında açılan ikinci iddiadan sonra bəraət alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR