Onlayn ictimai-siyasi qəzet
Müğənni Roza Zərgərli Türkiyə mediasına müsahibə verib.
Musavat.com xəbər verir ki, sənətçi duet ortağı Emre Altuğla bərabər TV100, “Show” TV kimi məşhur telekanalların kamerası qarşısına keçib.
Onlar birgə duetlərindən və tanışlıqlarından söz açıblar. Roza Zərgərli Emre Altuğu 2004-cü ildən izlədiyini deyib:
“Erol Günaydın Emre bəyin klipində rol almışdı. O vaxtdan bir sənətçi kimi izləyirdim, sevirdim. Səsini, duruşunu bəyənirdim. Gözəl sənətçi ola bilərsən, amma mənim üçün insanlıq daha önəmlidir. Duet ortaqlarımın hamısı işini bilən, kübar insanlardır, gözəl ailə başçılarıdır”.
Rusiyada qonaq olduqları proqramda rəqslərinin viral olduğunu deyən sənətçilər mahnılarının ərsəyə gəlməsindən bəhs ediblər.
Emre Altuğ Rozanın daha öncə sözügedən proqrama dəvət edilsə də, getmədiyini bildirib:
“Rusiyanın birinci kanalında 30 ildir yayımlanan proqramda tanış olduq. Roza ora daha əvvəl çağırılıb, birincidə qonaq Burak Özçivit imiş, işi ilə bağlı gedə bilməyib. Yenidən dəvət edilib, qonaq Can Yaman imiş, Rozada getmək yenə alınmayıb. Onlar da elə biliblər ki, türk qonaqlara qarşı belə edir. Ona görə üçüncü dəfə qonağın kim olduğunu deməyiblər. Onda da gələ bilib və qonaq mən olmuşam”.
Könül
Musavat.com
15 Sentyabr 2026
02:27 Ordumuzun 2022-ci ildəki zərbəsi İrəvanda unudulmur – Parlament sədrindən Rusiyaya ağır sözlər
14 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ