İnsanlara hürriyət, millətlərə istiqlal!

RTÜK-dən təyyarə qəzası ilə bağlı media qurumlarına XƏBƏRDARLIQ

Türkiyənin Radio və Televiziya Üst Qurumu (RTÜK) baş verən təyyarə qəzası fonunda media orqanlarına xüsusi xəbərdarlıq ünvanlayıb.

Musavat.com xəbər verir ki, bu barədə RTÜK sədri Mehmet Daniş bildirib.

Onun sözlərinə görə, belə həssas vəziyyətlərdə yalnız rəsmi qurumların yaydığı məlumatlara əsaslanmaq zəruridir.

“Bütün media qurumlarına xatırladırıq ki, rəsmi olmayan mənbələrdən yayılan məlumatlara və açıqlamalara etibar edilməsin. Yalnız aidiyyəti dövlət orqanlarının verdiyi məlumatlar əsas götürülməlidir. Bu kimi həssas hadisələrdə ictimaiyyətin düzgün məlumatlandırılması şəhidlərimizin ailələrinə və cəmiyyətin ümumi həssasiyyətinə hörmət göstərilməsi də vacibdir. Bu səbəbdən qəza anı və hadisə yerinə aid görüntülərin paylaşılmaması böyük önəm daşıyır”, - RTÜK sədrinin açıqlamasında deyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR