Onlayn ictimai-siyasi qəzet
Suriya prezidenti Əhməd Əş-Şəraa bildirib ki, Rusiya illərdir davam edən Suriya müharibəsində dolayı şəkildə də olsa, ölkə xalqına qarşı hərbi əməliyyatlarda iştirak edib.
Musavat.com xəbər verir ki, o bu açıqlamanı ölkə mediasına verdiyi müsahibə zamanı səsləndirib.
Əş-Şəraa vurğulayıb ki, Suriya rəhbərliyi müharibə dövründə törədilən cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət qarşısına çıxarılmasını istəyir.
“Axtarılan şəxslər, o cümlədən Bəşər Əsəd Suriyaya verilməlidir. Amma rusların bu məsələyə fərqli baxışı var”, – prezident bildirib.
Onun sözlərinə görə, Rusiya Suriyada hərbi əməliyyatlar zamanı bir çox qərarlarda aktiv rol oynayıb və bu, istər-istəməz münaqişədə tərəf kimi iştirak anlamına gəlir.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ