İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya "İsgəndər" raketi ilə yaşayış evini VURDU: Uşaqlar daxil olmaqla 6 nəfər həlak oldu

İyulun 30-na keçən gecə Rusiyanın Ukrayna ərazisinə təşkil etdiyi kütləvi raket və dron hücumu nəticəsində Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonunun Raduşnoye qəsəbəsində faciə baş verib.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, hücum zamanı Voronovlar ailəsinə məxsus fərdi yaşayış evinə raket düşüb.

Krivoy Roq Hərbi Administrasiyasının rəhbəri Aleksandr Vilkulun "Telegram" kanalı vasitəsilə verdiyi məlumata əsasən, Voronej vilayətindən atılan "İsgəndər-M" ballistik raketinin birbaşa evə dəyməsi nəticəsində çoxuşaqlı ailənin üzvləri - 5 və 12 yaşlı iki qız uşağı, eləcə də 4 böyük daxil olmaqla, ümumilikdə 6 nəfər həlak olub.

Hadisə nəticəsində daha 8 nəfər xəsarət alıb. Yaralananlar arasında 6 və 15 yaşlı iki oğlan uşağı da var.

"Fəlakət zonasında qəza-xilasetmə əməliyyatları davam edir, dağıntılar təmizlənir. Təəssüf ki, ölənlərin sayı arta bilər. Bütün yaralılara zəruri tibbi yardım göstərilir", - deyə Vilkul bildirib.

UNİAN agentliyinin yaydığı məlumata görə, ruslar iyulun 30-na keçən gecə Ukraynanın müxtəlif bölgələrinə raketlər və hücum dronları ilə zərbələr endirib.

Ukrayna Hərbi Hava Qüvvələri Kiyev, Dnepr və Krivoy Roq istiqamətində ballistik raketlərin buraxıldığını bəyan edib.

Partlayış səsləri, həmçinin Lvov şəhərində də eşidilib.

İlkin məlumatlara görə, Lvovda iki çoxmərtəbəli bina zərər görüb, ən azı 5 nəfərin yaralandığı bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR