İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Odessanı bombalayır: azərbaycanlı jurnalistin şəhərdən çəkdiyi VİDEO

Musavat.com xəbər verir ki, Rusiya ordusu Ukraynanın Odessa şəhərinə növbəti dəfə raket və dron hücumları həyata keçirib. Bu barədə saytımıza Yeni Müsavat Media Qrupunun Ukrayna təmsilçisi Anar Natiqoğlu məlumat verib.

Anar Natiqoğlu hücumların davam etdiyi anlarda video çəkərək redaksiyamıza göndərib. Həmin videogörüntülərdə jurnalistin şəhərdəki vəziyyəti şərh etdiyi eşidilir, partlayış səsləri və elektrik enerjisinin kəsildiyi qaranlıq küçələr görünür.

Onun sözlərinə görə, bu artıq Odessada gündəlik həyat tərzinə çevrilib: hər gün əvvəlcə işıqlar söndürülür, şəhər tam qaranlığa qərq olunur, daha sonra isə Rusiya tərəfindən raket və kamikadze dron hücumları başlayır. Ukrayna hava hücumundan müdafiə sisteminin fəaliyyəti də çəkilən videoda əks olunub.

Musavat.com Anar Natiqoğlunun çəkdiyi videogörüntüləri və hücumlara dair məlumatları oxucularına təqdim edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR