Onlayn ictimai-siyasi qəzet
Rusiya ilə Suriya arasında ölkədəki Rusiya hərbi mövcudluğunun yenidən təşkili ilə bağlı memorandum imzalanıb.
Musavat.com xəbər verir ki, Suriya dövlət agentliyi SANA-nın məlumatına görə, razılaşma çərçivəsində Xmeymim hava limanının mülki infrastrukturuna və Tartus limanının dördüncü kommersiya körpüsünə nəzarət mərhələli şəkildə Dəməşqə veriləcək.
Bununla yanaşı, Xmeymim və Tartusdakı Rusiya hərbi obyektlərinin birgə Rusiya-Suriya təlim və ixtisasartırma mərkəzlərinə çevrilməsi planlaşdırılır.
Yeni formata keçid və təhvil-təslim prosesinin üç aya qədər davam edəcəyi bildirilir.
Suriya Xarici İşlər Nazirliyi razılaşmanı Dəməşqlə Moskva arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı adlandırıb.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ