Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiyada Dövlət Duması yetkinlik yaşına çatmayanlara alkoqol tərzində dizayn olunmuş içkilərin satışının qadağan edilməsi ilə bağlı yeni təşəbbüsü müzakirəyə çıxarıb.
Söhbət “uşaq şampanı”, “alkoqolsuz şərab” və “alkoqolsuz pivə” kimi məhsullardan gedir.
Dumanın sədri Vyaçeslav Volodin bildirib ki, bu içkilər yeniyetmələrdə alkoqola maraq və onunla bağlı davranış vərdişləri formalaşdırır. Onun sözlərinə görə, bu məhsulların geniş yayılması psixoloji olaraq gəncləri gələcəkdə alkoqol istifadəsinə hazırlayır.
Deputatlar həmçinin sağlamlıq risklərinə də diqqət çəkiblər:
— içkilərdə şəkər, konservant və turşuların miqdarı yüksəkdir;
— güclü qazlılıq həzm sisteminə mənfi təsir göstərir.
Qanunvericilərin fikrincə, bu cür məhsullar yeniyetmələri tədricən alkoqollu içkilərin dadına və atributikasına alışdırır ki, bu da gələcəkdə real alkoqol istifadəsinə keçidi asanlaşdıra bilər.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ