İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Xarkovu kamikadze-dronlarla vurdu-36 nəfər yaralandı

Ukrayna polisi bildirib ki, Rusiya qüvvələri 19 noyabr gecəsi Xarkova kütləvi dron hücumu həyata keçirib.

Musavat.com xəbər verir ki, hücum nəticəsində 36 nəfər xəsarət alıb.

Məlumata görə, zərbə zamanı onlarla qeyri-hərbi obyekt ciddi ziyan görüb:

10-dan çox çoxmənzilli bina, məktəb, qarajlar, onlarla avtomobil, trolleybuslar, supermarket və digər mülki infrastruktur.

Ukrayna hüquq-mühafizə orqanları hücumun nəticələrini dokumentasiya edir və hadisə ilə bağlı istintaq davam edir.

Şəhərdə xilasetmə işləri gecə saatlarından etibarən aktiv şəkildə aparılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR