Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Lipetsk şəhərində raket təhlükəsi elan edildikdən sonra şəhərdə güclü yanğınlar başlayıb.
Musavat.com xəbər verir ki, sosial şəbəkə səhifələrinin bildirdiyinə görə, alov Lipetsk İES (İstilik Elektrik Stansiyası) və Novo-Lipetsk Metallurgiya Kombinatı ərazisində qeydə alınıb.
Region qubernatoru artıq "iki sənaye obyektində" yanğın baş verdiyini təsdiqləyib.
Hadisə yerinə fövqəladə xidmət əməkdaşları cəlb olunub.
Qeyd edək ki, Novo-Lipetsk Metallurgiya Kombinatı Rusiyanın ən böyük polad istehsalçısıdır və ölkə üzrə ümumi polad istehsalının təxminən 20 faizini təmin edir.
Lipetsk İES-2 simplifies isə Lipetsk şəhərini və ətrafdakı bir sıra sənaye müəssisələrini istiliklə təmin edən əsas strateji obyektlərdən biridir.
@@TVmusavat/151340@@
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ