Onlayn ictimai-siyasi qəzet
Rusiyada son üç ildə ayaqqabı 59%, geyim isə 36% bahalaşıb.
Musavat.com xəbər verir ki, “Мой склад” servisinin məlumatlarına əsasən, 2025-ci ilin ilk üç rübü üzrə bu kateqoriyalarda qiymət artımı artıq yavaşlayıb və təxminən 6–9 faiz səviyyəsində – yəni inflyasiya templərinə yaxınlaşıb.
Ekspertlər qeyd edirlər ki, “fashion-retail” bazarında qiymət artımının nisbətən zəifləməsinin əsas səbəbi ümumi istehlak tələbinin azalması və alıcılıq qabiliyyətinin zəifləməsidir.
Analitiklərin fikrincə, geyim və ayaqqabının qiymət dinamikasını adətən valyuta məzənnəsinin dəyişkənliyi müəyyənləşdirir. Hazırda rubl nisbətən sabit olsa da, 2026-cı ilin əvvəlindən bu seqmentdə yeni artım dalğası gözlənilir — vergi yükünün və gömrük rüsumlarının artırılması səbəbindən.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ