İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada nəhəng qaz-kimya kompleksində PARTLAYIŞ - 87 nəfər... - VİDEO

Rusiyanın Amur vilayətində istifadəyə verilməyə hazırlanan Amur qaz-kimya kompleksinin (AGHK) tikinti sahəsində yanğın baş verib.

Musavat.com xəbər verir ki, bu barədə müəssisənin mətbuat xidməti məlumat yayıb.

Şirkətin bildirdiyinə görə, kompleksin əsas avadanlıqları zərər görməyib.

Yanğın piroliz qurğusunun köməkçi texnoloji sahəsində qeydə alınıb. Yanğın lokallaşdırılıb və hazırda “texnoloji qaz qalıqlarının nəzarətli şəkildə yanması” prosesi davam edir.

Müəssisənin məlumatına əsasən, müxtəlif dərəcəli xəsarətlər alan 5 nəfər xəstəxanaya yerləşdirilib. Yüngül xəsarət alan digər zərərçəkənlərə isə hadisə yerində tibbi yardım göstərilib. Onların sayı açıqlanmayıb.

“112” teleqram kanalı isə müəssisədə metanol çənlərinin partladığını yazıb. Kanalın məlumatına görə, hadisə nəticəsində 87 nəfər xəsarət alıb, 1 nəfər isə ölüb.

Lakin bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR