İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada ŞOK - müharibədən sonra...

Rusiyada istintaqdan, məhkəmədən və hüquq-mühafizə orqanlarından yayınan şəxslərin sayı son 14 ilin rekordunu vurub.

Musavat.com bildirir ki, Rusiya Daxili İşlər Nazirliyinin statistikasını araşdıran müstəqil jurnalistlərin məlumatına görə, təkcə 2026-cı ilin yanvar–mart aylarında 73 min 969 nəfər axtarışa verilib.

Bu göstərici 2012-ci ildən bəri ən yüksək rəqəm sayılır. Həmin il ölkə üzrə 81 mindən çox şəxs barəsində axtarış elan edilmişdi. Müqayisə üçün, 2025-ci ildə ümumilikdə 114 min nəfər axtarışa verilib.

Maraqlıdır ki, artım məhz Ukrayna müharibəsinin ilk illərindən sonra sürətlənib. 2023-cü ildən bəri axtarılanların sayı 48 mindən 74 minə yüksəlib. Beləliklə, üç ildə artım təxminən 65 faizə çatıb. Halbuki eyni dövrdə Rusiyada bir çox cinayət növləri üzrə rəsmi statistika azalma göstərir, məhkəmə hökmlərinin sayı da aşağı düşür.

Ən çox axtarış işi Moskvanın payına düşüb – üç ay ərzində təxminən 10 min nəfər. İkinci yerdə Sankt-Peterburq, üçüncü sırada isə Dağıstan gəlir. Əhalisinin sayına görə ölkədə ilk onluqda olmayan Dağıstanda 3 min nəfərin axtarışa verilməsi diqqət çəkir.

Məqalədə əsas səbəblərdən biri kimi Daxili İşlər Nazirliyində dərin kadr böhranı göstərilir. Bəzi bölmələrdə vakant yerlərin 40 faizə çatdığı bildirilir. Moskvalı polis əməkdaşının sözlərinə görə, bəzi şöbələrdə 20 nəfərlik heyətin yerinə cəmi 6–7 əməkdaş işləyir, bir nəfər bir neçə əməkdaşın işini görməyə məcbur qalır.

Keçmiş polis əməkdaşı Nikolay Korolyov vəziyyəti birbaşa müharibə ilə əlaqələndirib:

“İnsanlar sadəcə qaçırlar, hətta yaxşı gəlir gətirən vəzifələrdən belə”.

Korolyovun fikrincə, axtarılanların sayındakı sıçrayış hərbi xidmətdən yayınanların və cəbhədən qaçan fərarilərin çoxalması ilə bağlı ola bilər. Çünki çağırışdan yayınanların və fərarilərin axtarışı da məhz DİN xətti ilə aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR