Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiya Şurasının Beynəlxalq İşlər Komitəsinin sədri Qriqori Karasin Ermənistanın Baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) “sonunun başlanğıcı” barədə verdiyi açıqlamasına münasibət bildirib.
Musavat.com xəbər verir ki, rusiyalı diplomat “Gazeta.Ru”ya açıqlamasında Paşinyanın bu çıxışının həddindən artıq emosiyaya qapılaraq edildiyini bildirib.
“Təəssüf ki, bəzən o, bizim və özü üçün həddən artıq emosional, enerjili bəyanatlar verir və ehtimal ki, sonradan buna görə peşman olmalı olur. Hər halda, həyat yalnız bəyanatlardan ibarət deyil, buna görə də biz buna təmkinlə yanaşmalıyıq”, – deyə Karasin açıqlamasında qeyd edib.
Diplomat əlavə edib ki, Moskva baş verən siyasi bəyanatlara baxmayaraq, vəziyyəti soyuqqanlılıqla qiymətləndirməyə davam edir.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ