İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Paşinyana “oğurluq” İTTİHAMI – Kreml dayanmır

Rusiya Dövlət Duması Komitəsi sədrinin birinci müavini Viktor Vodolatski bildirib ki, Ermənistanda səslərin ən azı 20%-i müxalifətdən "oğurlanıb". Musavat.com bildirir ki, onun sözlərinə görə, həmin partiyalara səs verən insanların bülletenlərinin məhv edilməsi və ya zədələnməsi üçün hər şey edilib.

Ermenistan seçimlerini Paşinyan'ın partisi kazandı - BBC News Türkçe

Bundan az əvvəl Kreml rəsmisi Dmitri Peskov iddia etmişdi ki, seçkilərdə qanun pozuntuları qeydə alınıb. Rəsmi Moskva adından danışan Mariya Zaxarova isə Qərbi seçkilərə müdaxilədə ittiham etmişdi. Rusiya Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini şübhə altına almağa davam edir. Vodolatskinin ittihamı da onu deməyə əsas verir ki, Moskva seçkilərdə qələbəsinə görə Nikol Paşinyanı təbrik etmək istəmir. Doğrudur, seçkilərin yekun nəticələri 14 iyunda açıqlanacaq.

Lakin buna qədər Avropa təsisatlarından, ABŞ-dən və Qərb dövlətlərinin liderlərindən Paşinyana təbriklər gəlib. Rusiya isə müttəfiqi saydığı ölkənin seçkilərinin nəticələrinə hələlik neqativ rəylərlə reaksiya verməkdədir. Görünür ki, nəticələri legitim hesab etməyə tələsmir və müxalifətin addımlarını gözləməkdədir. Halbuki səs faizləri müxalifətin sosial bazasının güclü olmadığını nümayiş etdirir. Yəni bundan sonra Ermənistanda kataklizm olacağı, küçə yürüşləri az ehtimal edilir. Hətta müxalifətin birgə mitinqləri də seçkilərin nəticələrini və Paşinyanın təkbaşına hökumət qurmaq imkanını dəyişə bilməz.

Karen İgityan: ABŞ Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışır -  Turkustan.az

Politoloq Karen İqityan iddia edir ki, parlament seçkilərində müxalif qüvvələrin səylərinə baxmayaraq seçki baryerini keçə bilməyən partiyalar faktiki olaraq Nikol Paşinyanın və onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsinə şərait yaradıb. Onun sözlərinə görə, Ermənistan qanunvericiliyinə əsasən, partiyalar üçün seçki baryeri 4 faiz təşkil edir. Bu həddi 15 siyasi partiya keçə bilməyib və onların topladığı səslər parlamentə düşən qüvvələr arasında proporsional şəkildə bölüşdürüləcək: “Parlamentə düşə bilməyən 15 siyasi qüvvə seçici səslərinin parçalanmasına səbəb oldu. Nəticədə həmin səslər faktiki olaraq Nikol Paşinyanın qələbəsinə kömək etdi”.

İqityan iddia edir ki, əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə əsas müxalif qüvvələr bir-biri ilə mübarizə aparmaq əvəzinə fərqli seçici qrupları ilə işləməyə çalışıblar. Onun fikrincə, müxalifət birlikdə səslərin yarıdan çoxunu toplaya bilsəydi, parlamentdə yeni koalisiyanın formalaşması mümkün olardı.

Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının yekun nəticələrinə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası 49,81 faiz səslə seçkilərin qalibi olub. İkinci yeri rusiyalı oliqarx Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyası 23,29 faiz səslə tutub. Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 9,94 faiz səslə üçüncü olub.


Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR