İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Yeni il gecəsi KÜTLƏVİ DRON HÜCUMU - Zelenskidən TƏCİLİ AÇIQLAMA

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Yeni il gecəsi də hücumlarını dayandırmayıb.

Musavat.com xəbər verir ki, Ukrayna liderinin sözlərinə görə, gecə ölkəsinə qarşı 200-dən çox dron hücumu olub.

“Dünən gecə Ukraynaya qarşı 200-dən çox hücum dronu atılıb. Əksəriyyəti vurulub. Bu hücumu dəf edən bütün əsgərlərimizə təşəkkür edirəm. Zərbələr Volın, Rovno, Zaporojye, Odessa, Sumı, Xarkov və Çerniqov bölgələrini hədəf alıb. Əsas hədəf enerji sektorudur. Xilasedicilər lazım olan hər yerdə kömək göstərir, enerji işçiləri isə zərbələrdən sonra elektrik enerjisini bərpa etmək üçün çalışırlar. Hadisələrin nəticələrinin aradan qaldırılmasında iştirak edən hər kəsə minnətdaram”, - deyə Zelenski bildirib.

Ukrayna lideri vurğulayıb ki, qətllər dayandırılmalıdır və həyatı qorumaqda fasilə ola bilməz:

“Əgər zərbələr hətta Yeni il tətillərində də davam edərsə, hava hücumundan müdafiə təchizatı gecikdirilə bilməz. Müttəfiqlərimizin lazımi avadanlıqları var. Müdafiəmiz üçün dekabrın sonunda Amerika ilə razılaşdığımız hər şeyin vaxtında çatdırılacağını gözləyirik. Ukraynanın yanında olmağa və ümumi təhlükəsizliyimiz üçün çalışmağa hazır olduğunuz üçün hər birinizə minnətdaram”, - deyə o əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR