İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş nazirin şübhəli ölümü yenidən araşdırılır – məzarı açılacaq

Türkiyənin keçmiş nəqliyyat naziri Arif Əhməd Dənizoğlunun 10 il əvvəl baş verən ölümü ilə bağlı istintaqda mühüm qərar qəbul edilib.

Musavat.com xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun tələbi əsasında mərhumun məzarının açılması və cəsədinin yenidən ekspertizadan keçirilməsi barədə qərar verilib.

Arif Əhməd Dənizoğlu 2016-cı ilin sentyabrında vəfat edib. Baş Prokurorluğun açıqlamasına görə, onun ölümünün və həmin vaxt aparılmış autopsiya prosedurlarının şübhəli olması ilə bağlı iddia və şikayətlər daxil olub.

Bununla əlaqədar Türkiyənin Cinayət Prosessual Məcəlləsinin müvafiq müddəaları əsasında Arif Əhməd Dənizoğlunun məzarının açılmasına qərar verilib.

Məqsəd keçmiş nazirin həqiqi ölüm səbəbini müəyyənləşdirmək üçün yenidən tibbi ekspertiza aparmaqdır.

Qərar Arif Əhməd Dənizoğlunun ölümündən təxminən 10 il sonra qəbul edilib. İstintaq çərçivəsində aparılacaq yeni ekspertizanın onun ölüm səbəbi ilə bağlı yaranmış şübhələrə aydınlıq gətirməsi gözlənilir.

Qeyd edək ki, Arif Əhməd Dənizoğlu 1998–1999-cu illərdə Türkiyənin nəqliyyat naziri vəzifəsində çalışıb. O, 1998-ci ilin avqustunda bu vəzifəyə təyin edilmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR