İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı ulduz 850 milyon rubla malikanəsini satdı - FOTO

Rusiyanı tərk etdikdən sonra xaricdə yaşayan müğənni Svetlana Loboda Moskva yaxınlığındakı dəbdəbəli malikanəsini satıb.

İfaçı uzun müddət alıcı tapa bilmədiyi əmlakını nəhayət may ayında satmağa nail olub. Bildirilir ki, malikanənin yeni sahibi Rusiyanın tanınmış iş adamlarından biridir.

Təxminən 1 200 kvadratmetr sahəni əhatə edən üçmərtəbəli, 850 milyon rubla (təxminən 20 milyon manat) villada dörd yataq otağı, iki yemək zalı, bar, bilyard otağı və hovuz yerləşir. Tam təmirli və mebellə təmin olunmuş əmlakın ərazisində əlavə olaraq qonaq evi, işçi heyəti üçün yaşayış sahəsi, mühafizə məntəqəsi, qaraj və baxımlı bağ da mövcuddur.

Svetlana Loboda 2022-ci ildə Rusiyanı tərk etdikdən sonra bu evi satışa çıxarmışdı. İlk vaxtlar malikanə üçün daha aşağı məbləğ tələb olunsa da, sonradan qiymət artırılıb.

Qeyd olunur ki, villa satılanadək kirayəyə verilib və sahibinə hər ay yüksək gəlir gətirib./milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR