Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski silahlı qüvvələrin Rusiyanın Ukrayna sərhədindən 1500 kilometrdən çox məsafədə yerləşən Orenburq vilayətindəki qaz sənayesi obyektlərinə zərbələr endirdiyini bəyan edib.
Musavat.com xəbər verir ki, dövlət başçısının sözlərinə görə, bu hücumlar Rusiyanın Ukrayna ərazisinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.
“Ukrayna Rusiyanın addımlarına eyni şəkildə cavab verəcəyini bildirmişdi”, - deyə Zelenski vurğulayıb.
O, həmçinin qeyd edib ki, bir neçə günlük nisbi sakitlikdən sonra Rusiya yenidən dronlar və aviabombalarla zərbələr endirməyə başlayıb. Bununla belə, rəsmi Kiyev müharibənin diplomatik yolla tənzimlənməsi istiqamətində beynəlxalq tərəfdaşlarla işi davam etdirir.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ