İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Ukraynada yeni, dəhşətli taktikası - Video

Ukraynada müharibənin gedişində Rusiya pilotsuz uçuş aparatlarından istifadə taktikasını dəyişib və bu dəyişiklik təhlükəni daha da artırır.

Musavat.com xəbər verir ki, son günlər Rusiya “Şahed” tipli kamikadze dronları əvvəlkindən fərqli olaraq son dərəcə alçaq hündürlükdə — bəzən cəmi onlarla metr məsafədə uçurmağa başlayıb.

Yeni taktikanın əsas məqsədi hava hücumundan müdafiə sistemlərini və erkən xəbərdarlıq mexanizmlərini sıradan çıxarmaqdır. Alçaq hündürlükdə uçan dronlar radarların “kor zonalarından” istifadə edir, nəticədə onların aşkarlanması çətinləşir. Bundan əlavə, dronların bir qisminin avtomatik deyil, əl ilə idarə edildiyi bildirilir ki, bu da onların trayektoriyasını daha çevik və gözlənilməz edir. 

Bu səbəbdən Ukraynanın bir sıra bölgələrində dronlar qəfil peyda olur, hava həyəcan siqnalları isə ya gecikmiş şəkildə verilir, ya da ümumiyyətlə işə düşmür. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu taktika mülki əhali üçün riskləri artırır və hava hücumundan müdafiə sistemlərinin yenidən uyğunlaşdırılmasını zəruri edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR