Onlayn ictimai-siyasi qəzet
İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard Rusiyaya qarşı təzyiqlərin daha da artırılmasının vacibliyini vurğulayıb və bildirib ki, Moskva barəsində 100 sanksiya paketi görmək istərdi.
Musavat.com xəbər verir ki, bu barədə o, "Politico" nəşrinə danışıb.
Nazir ABŞ-ın Ukrayna ilə bağlı yeni sülh planı haqqında yayılan məlumatları “şayiə” adlandırıb və belə söz-söhbətlərin Qərb ölkələrinin diqqətini yayındırdığını deyib:
“Hər hansı danışıqlar barədə şayiələr yayıldıqca insanlar konsentrasiyanı itirir. Bu isə indiyə qədər heç bir nəticə verməyib. Mənim məqsədim Qərb ölkələrinin Rusiyaya təzyiqi artırmasını və Ukraynaya dəstəyi gücləndirməsini təmin etməkdir. Çünki bu, real olaraq atəşkəs şanslarını artıra bilər. Açıq deyirəm — Rusiyaya qarşı 100 sanksiya paketi görmək istərdim".
Stenerqard bildirib ki, yalnız kəskin və koordinasiyalı təzyiq Kremlin davranışına təsir göstərə bilər və Ukraynada sülh üçün real siyasi zəmin yaradar.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ