İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarkisyan: "Avropa Paşinyanın istənilən addımına göz yumur"

"Artıq aydın görünür ki, Avropa İttifaqı Paşinyanın atdığı addımlara göz yumur və onlarla barışmağa hazırdır".

Musavat.com erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan yerli jurnalistlərlə söhbətində deyib.

Xatırladaq ki, bundan əvvəl Aİ-nin genişlənmə siyasəti üzrə komissarı Marta Kos Avropa İttifaqının Ermənistanı 2026-cı ilin yayında keçiriləcək parlament seçkiləri ərəfəsində yarana biləcək mümkün hibrid təhdidlərə qarşı dəstəkləməyə və ölkənin kibertəhlükəsizliyini möhkəmləndirməyə hazır olduğunu bildirmişdi.

Aİ rəsmisinin sözlərinə görə, Brüssel Ermənistana seçkilər ərəfəsində yarana biləcək potensial hibrid hücumlarla effektiv mübarizə aparması üçün 12 milyon avro ayırmağa hazırdır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR