İnsanlara hürriyət, millətlərə istiqlal!

Saxlanılan Namizəd Səfərov kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, hüquqşünas Namizəd Səfərov saxlanılıb. Hadisə ilə bağlı araşdırmalar davam edərkən ictimaiyyət onun kimliyi və fəaliyyət dairəsi ilə maraqlanır.

Musavat.com-un xəbərinə görə, məlum olan məlumatlara əsasən, Namizəd Səfərov son illər ölkədə müxtəlif hüquqi və sosial mövzularda aktiv çıxışları ilə tanınıb.

Namizəd Səfərov 1955-ci il oktyabrın 1-də Naxçıvanda dünyaya gəlib. Ali təhsil almış Səfərov ixtisasca hüquqşünasdır və uzun illərdir ölkədə vəkil kimi fəaliyyət göstərir. Namizəd Səfərovun Azərbaycan vətəndaşlığı var. O, həmçinin AMMH siyasi partiyasının üzvü kimi tanınır. Ailə vəziyyəti barədə isə əlavə məlumat açıqlanmır.

O, müstəqil hüquqşünas kimi bir sıra cinayət və mülki işlərdə iştirak edib, müxtəlif proseslərə dair verdiyi açıqlamalarla sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

N.Səfərov həmçinin dövlət qurumları, məmur davranışları və hüquqi prosedurlarla bağlı tənqidi mövqeyi ilə seçilən hüquqşünaslardan biri kimi tanınır.

Məlumat üçün onu da bildirək ki, Namizəd Səfərov Milli Şuranın rəhbərlərindən biri olub. 2020-ci ildə istefa verib. AXCP sədri Əli Kərimliyə yaxın şəxs kimi bilinir.

Onun saxlanılması ilə bağlı rəsmi məlumatlar açıqlanmasa da, məsələ ilə bağlı proses davam edir.

Konkret olaraq hansı iş üzrə saxlanıldığı məlum deyil. İlkin məlumata görə, onun saxlanılmasına dələduzluqla bağlı şikayətlər səbəb olub. Faktla bağlı araşdırma aparıldığı qeyd olunub.

Namizəd Səfərov barəsində əlavə detallar ortaya çıxdıqca məlumat yenilənəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR